• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Putinin yeni limuzininin qiyməti məlum oldu

Putinin yeni limuzininin qiyməti məlum oldu
29.05.2020 11:06
Rusiya prezidenti Vladimir Putini daşıyacaq "Kortej” layihəsi əsasında hazırlanan avtomobilin pərakəndə satış qiyməti 6-7 milyon rubldan (təxmini 200 min manat) başlayacaq.

Anews.az xəbər verir ki, bu barədə "RİA Novosti” Rusiyanın sənaye və ticarət naziri Denis Manturova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, rus "limuzinin” satış qiyməti Premium sinfindən olan "Mercedes S-klass”  və digər avtomobillərin qiymətindən 15 faiz çıxmaqla, başlanğıc qiyməti müəyyən edilib.

Rus "limuzini” hazırlayan "NAMİ” avtomobil nəzəriyyəsi və texnologiyaları üzrə tədqiqat institutu fevralın sonu - martın əvvəlinə kimi Federal Mühafizə Xidmətinə 16 avtomobil təqdim edəcək.

"Kortej” layihəsində dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobil ailəsinin (limuzin, sedan və miniven) yaradılması nəzərdə tutulur.

Layihənin istehsalat tərəfdaşı qismində Vadim Şvetsovun "Sollers” şirkəti çıxış edir. Layihə büdcəsinə 12.4 milyard rubl investisiya qoyulub.

SSRİ-nin süqutundan sonra Rusiyada prezident üçün ilk yerli limuzinin istehsal olunacağı xəbəri təxminən beş il əvvəl məlum olub. Dizaynerlərin planına görə, avtomobil 800 at gücü olan mühərriklə təchiz olunacaq. Zirehli maşının çəkisinin altı tona yaxın olacağı bildirilir.

Məlum olub ki, "Kortej”in güc aqreqatlarının dizaynına "Porsche” şirkətinin mühəndis bölməsindən ekspertlər cəlb olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol