İlham Zəkiyevə yeni vəzifə verildi

Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib. Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə MPK-nın Ümumi Yığıncağında qərar qəbul olunub.
Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri vəzifəsinə MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov Şuranın katibi, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə isə Şuranın üzvləri təyin olunub.
İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, "Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 