• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək - Siyahı

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək - Siyahı
19.01.2018 13:31
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Şöbə müdirinin sözlərinə görə, 3 milyon manat "Xəzər", "Lider”, Speys”, ATV və ARB telekanalları arasında bölünəcək:

"Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir

Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb".

N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspeys-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya 3 milyon manat ayrılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol