• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ən pis ssenari: Türkiyə-Rusiya savaşı ola bilər

Ən pis ssenari: Türkiyə-Rusiya savaşı ola bilər
20.01.2018 11:51
Suriyada hər şey hələ indi başlayır.

Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Türkiyənin Afrin əməliyyatının doğura biləcəyi nəticələr haqda Axar.az-a danışarkən deyib.

"Zənnimcə, 2017-ci ilin sonunda bu cür düşünən yeganə adam mən deyildim. Rusiya ordunun Afrin ərazisindən geri çəkilməsi haqda bəyanat yayıbsa, deməli, rus ordusu heç orda olmamalı idi. Lakin fakt faktlığında qalır ki, rus qüvvələri o ərazidədir - polis və ya hər hansı başqa bir şəkildə. Buna görə də Türkiyə sözügedən ərazidə rus orduları yoxmuş kimi davranır.

Rusiya Türkiyəyə olan iddialarını 2016-cı ilin ortalarında Türkiyə qüvvələrinin "Qalxan" əməliyyatı ilə Cerablus şəhərinə girərkən bildirməli idi. Amma Rusiya o vaxtı susmağı seçdi. Deməli, Rusiya o vaxt yox idisə, bu gün də olmasın. Rəsmi Ankara başa düşür ki, onunla savaşmaq Moskvaya sərf etmir.

Buna görə də Türkiyə Suriya müharibəsi üçün Rusiya Federasiyasının nominal müttəfiqi olmasına baxmayaraq, orda öz ssenarisinə uyğun hərəkət edir.

Bununla yanaşı, bu ssenarilər hələ də Rusiyaya nisbətən hadisələrin Amerika vizionuna daha yaxındır, çünki Türkiyə NATO-nun üzvüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi Vaşinqtonun ünvanına səsləndirdiyi kəskin çıxışları bu həqiqəti çoxlarına unutdurur. Buna görə də əgər Dəməşq Türkiyə təyyarələrini vurarsa, bu Rusiya Federasiyası ilə Türkiyə arasında müharibəyə gətirib çıxara bilər. Bu isə, əlbəttə ki, ABŞ-ın maraqlarına xidmət edərdi.

Əgər Rusiya 2015-ci ilin sentyabrında Suriyaya girməyib kürdləri silahlandırsaydı, bu gün Yaxın Şərqdə tamamilə başqa bir mənzərənin şahidi olardıq. Onda Rusiya Federasiyası ABŞ kimi məsələlərə yaxından müdaxilə etmədən uzaq idarəçiliyi seçə bilərdi.

Bütün bunları nəzərə alaraq, yalnız bir şeyi deyə bilərik: indi Suriyadakı problemlərin danışıq yolu ilə həll edilməsi mərhələsi ötən illərdən daha mürəkkəb olacaq. Türkiyə və ABŞ Suriya problemini Prezident Bəşər Əsədlə həll edəcək – bu haqda danışmasalar belə.

Qazanan tərəf yalnız ABŞ olacaq. Əgər Türkiyə özünü "yaxşı” aparmasa, Vaşinqton hər zaman ona qarşı xüsusi siyasəyt yeridə, daxilində qeyri-stabillik yarada bilər. Hələ Yaxın Şərqdəki kürd faktorundan danışmıram. Onlar indi əvvəl olduqlarından daha güclüdürlər. Və bunu heç də Rusiya Federasiyasına borclu deyillər”.

Xatırladaq ki, Türkiyə tərəfinin Afrin əməliyyatına start verdiyini açıqlamasından sonra Rusiya hərbçiləri sözügedən ərazidən çıxdı. Suriya isə Türkiyə təyyarələrini vuracağını bəyan etdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol