• $
  • £

Komaya düşən deputatın əməliyyatı 9 saat çəkib

Komaya düşən deputatın əməliyyatı 9 saat çəkib
29.05.2020 01:57
"Deputat Nəriman Əliyevin vəziyyəti hazırda qənaətbəxşdir. Ölkə səhiyyəsi və həkimlik üçün çox çətin yollardan keçdik. Nəriman müəllimdə olan xəstəlik və onun göstərmiş olduğu formalar bütün orqanların - qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlər yaratmışdı”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib. 

Həkim deputat bildirib ki, uzun müddət süni tənəffüs aparatında yüksək rejimdə aparılan müalicələr nəticəsində Nəriman Əliyevin bütün orqanlarındakı funksiyalar qənaətbəxşdir. R.Mahmudov bildirib ki, buna nail olmaq üçün yanvar ayının 10-da saat 18:00-da başlayan əməliyyat ayın 11-i gecə saat 03:00-da başa çatıb.

"Bu, dünyada ən ağır əməliyyatlardan biridir. Əməliyyat rəhbərliyim ilə yerli komandamız tərəfindən həyata keçirilib. Dünya statistikasına görə, Avropada belə xəstələrin 95 faizi əməliyyatdan 24 saat sonra həyatını itirir. Ağır əməliyyat olduğuna görə, xüsusən Almaniyanın Münhen Kardiologiya İnstitutu və Türkiyənin Acıbadəm xəstəxanasının ekspertləri tərəfindən konsultasiyalar olundu. Ortaq müzakirələrdən sonra müalicələrimiz davam etdi. Əməliyyatdan sonra ürəyin funksiyları bərpa olundu. Sonra digər orqanların bərpası üçün böyük bir şans yarandı. Artıq Nəriman müəllim oyanıb və bütün orqanları normal şəkildə funksiyasını yerinə yetirir. Danışır və huşu yerindədir”. 

Deputat qeyd edib ki, hazırda həmkarının müalicəsi davam etdirilir və 1 aylıq reabilitasiyadan sonra iş fəaliyyətinə başlayacaq. 

Xatırladaq ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və əməliyyatdan sonra komaya düşüb. Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat ötən gün komadan ayılıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol