• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Bu tarixdə Rusiyaya müharibə elan ediləcək

Bu tarixdə Rusiyaya müharibə elan ediləcək
24.01.2018 09:55
"VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını müharibə elanı ilə müqayisə edib.

Publika.az xəbər verir ki, bankir belə bəyanatla Davos Ümumdünya iqtisadi forumun kuliarlarında çıxış edib.

Onun sözlərinə görə, Rusiya maliyyə institutlarına qarşı istənilən iqtisadi sanksiyalar "müharibə elanı”na oxşar olacaq. Andrey Kostin həmçinin bildirib ki, indi yeni qızğın silahlanma mərhələsi başlanır və bundan yalnız generallarla silah istehsalçıları qazanacaqlar.

"NATO daha çox silah tələb edir və Avropada böyük miqdarda silah yerləşdirir. Rusiya da buna eyni şəkildə cavab verəcək”, - Kostin əlavə edib.

Bankir vurğulayıb ki, Suriya, Baltikyanı və yaxud da Qara dənizdə toplanan silahlar bir təsadüf nəticəsində partlayış yarada bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaların yanvarın 29-da elan ediləcəyini açıqlayıb. Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.

Daha əvvəl Ağ Evdə brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirdi ki, onun idarəsi Rusiya barəsində yeni sanksiyalar üzərində işləyir.

Eyni zamanda, Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, sanksiyalara Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlər məruz qalacaq. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol