• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Pensiyalara artım nə zaman olacaq?Nazir açıqladı

Pensiyalara artım nə zaman olacaq? – Nazir açıqladı
24.01.2018 15:54
Dövlət Sosial Müdafiə Fondu ötən il orta aylıq əmək haqqının artım tempi barədə məlumat almaq üçün Dövlət Statistika Komitəsinə müraciət edib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması həyata keçiriləcək.

"2017-ci il iyul ayının 1-dən "Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərin bir bəndi də əmək pensiyalarının indeksasiyası ilə bağlıdır. Əgər iyulun 1-nə qədər əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilirdisə, bu zaman hər ilin əvvəlində əvvəlki ilin istehlak qiymətlərinin indeksasiyası əsas götürülərək sığorta hissəsinə şamil olunurdusa, yeni qaydaya görə əmək pensiyalarının baza hissəsi ləğv edilib.

Yeni qanuna görə, əmək pensiyalarının tam məbləği əvvəlki il ərzində ölkədə orta aylıq əmək haqqının artım göstəricisinə vurulmaqla artırılacaq. Yəni, indeksləşdirilmə bunun əsasında aparılacaq. Əmək pensiyaları haqqında qanuna dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunan zaman həmin fərmanda bu barədə bizə ayrıca göstəriş olub və bu tapşırığın yerinə yetirilməsi qeyd elədiyim qaydada həyata keçiriləcək. İlk olaraq bizə verilən məlumata görə, 2017-ci il ərzində orta aylıq əmək haqqı 6,2%-6,4% arasında artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat  daxil olan kimi əmək pensiyaları həmin faiz qədər artırılacaq. Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm ki, bu, az məbləğdə pensiyası olanlar üçün daha önəmli dəyişiklikdir. Çünki, əvvəllər pensiya məbləği 200 manatdan aşağı olanların pensiyalarının indeksləşməsi zamanı həmin 200 manatdan 110 manat baza hissəsi çıxılırdı və yerdə qalan məbləğin indeksləşdirilməsi həyata keçirilirdi. İndi isə bütöv məbləğ yəni 200 və ya 220 manat olsun fərqi yoxdur, bütöv məbləğ indeksləşdiriləcək”.

Nazir əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilməsi üçün lazım olan məbləğ  DSMF-nin 2018-ci il üçün büdcəsində nəzərə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol