• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ağ Evdən Ərdoğanla Trampın danışığına qəribə reaksiya

Ağ Evdən Ərdoğanla Trampın danışığına qəribə reaksiya
25.01.2018 17:46
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Afrində yaşanan gərginlikdən dolayı həmkarına narahatlığını ifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilib.

Bəyanatda bildirilib ki, Ağ Ev rəhbəri "Zeytun budağı” əməliyyatının Türkiyə və ABŞ-ın Suriyadakı ortaq mənafeyinə zərbə vurduğunu qeyd edib.

Bəyanatda əksini tapan bu və ya digər məqamlarla bağlı Türkiyənin cavabı gecikməyib. Rəsmi Ankara Ağ Evin açıqlamasının liderlərin danışığının mahiyyətini tam ifadə etmədiyini bildirib. Türkiyə iki ölkə lideri arasında baş tutan telefon danışığının detallarını bu cür təqdim edib:

* Tramp Afrin əməliyyatı ilə bağlı "artan şiddətə qarşı narahatlıq” ifadəsi işlətməyib.

* Ağ Ev əməliyyatın vaxtının sadəcə müəyyən bir zaman kəsiyi ilə məhdudlaşmasını istəyib və Menbiçdə az da olsa ABŞ əsgərinin olması bəhanəsi ilə qaynar təmaslar ehtimalına imkan verilməməli olunduğu bildirilib.

* Türkiyə YPG-PYD-nin, daha əvvəl də söz verildiyini kimi, Fəratın şərqinə sıxışdırılmalı olduğunu, Menbiçdə yarana biləcək hər hansı İŞİD təhlükəsinə qarşı bölgəni Türkiyənin dəstəklədiyi ASO-nun qoruya biləcəyini qeyd edib.

* ABŞ-ın PYD-YPG terrror qruplaşmasına silah dəstəyi göstərməsi müzakirə olunub.

* Tramp "Türkiyədən gələn yıxıcı və yanlış tədbirlər” ifadəsi işlətməyib. Yalnız ABŞ-ın açıq şəkildə tənqid olunmasından narazılıq ifadə olunub. Ərdoğan isə öz növbəsində YPG-PYD-ə silah yardımı, FETÖ himayəsi kimi fəaliyyətlərin cəmiyyətdə yaratdığı narazılıqdan danışıb.

* Söhbət əsnasında Türkiyədəki fövqəladə vəziyyət (OHAL) mövzusuna toxunulmayıb.

* Tramp Ərdoğana bəzi ABŞ vətəndaşlarının və yerli personalın həbsi barədə danışıb və onların sərbəst buraxılmasını istəyib. Ərdoğan isə ona Türkiyənin bir hüquq dövləti olduğunu və burada məhkəmənin qərar verəcəyini xatırladıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol