• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Səddam Hüseynin romanı tapıldı

Səddam Hüseynin romanı tapıldı
25.01.2018 22:24
Səddam Hüseynin "Zabibə və şah” adlı sevgi romanı tapılıb.

Publika.az xəbər verir ki, ingilis dilinə tərcümə olunmuş roman Amazon internet satış portalındadır.

Roman 2000-ci ildə yazılıb və 160 səhifədən ibarətdir. Əsərin janrı "alleqorik sevgi əhvalatı” kimi təyin edilib. Əsərdəki hadisələr bir neçə min il əvvəl baş verir.

Qeyd edək ki, baş qəhrəman seçilmiş şahın Səddam Hüseynin özünü simvolizə etdiyi deyilir. Süjetə görə, şah hər gecə yanına gələn kəndli qızı Zabibə ilə din, milliyətçilik və xalqın iradəsi haqda söhbət edir.

Əvvəlcə roman anonim çap olunsa da, daha sonra araşdırma aparan mütəxəssislər onu diktatorun ayağına yazıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin versiyasına görə isə roman Səddam Hüseynin detallı redaktəsi altında başqa yazıçılar tərəfindən yazılıb.

Bundan öncə isə, 2016-cı ilin yayında Böyük Britaniyada İraqın keçmiş prezidenti tərəfindən yazılmış povestin çap olunacağı haqda bəyanatlar yayımlanmışdı. Kitabı "Kartdan ev” və "Taxt oyunu” əsərlərinin qarışığı kimi xarakterizə edirlər. Povestdə 1500 il əvvəl Fərat sahilində yaşayan və yadelli işğalçılarla mübarizə aparan xalqdan bəhs olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol