Əhmədinejad İranda yenidən aksiyalara hazırlaşır
İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın yeddi siyasi xadim etiraz aksiyası keçirmək üçün hökumətə müraciət edib.
Axar.az xəbər verir ki, icazə üçün siyasi xadimlərin Daxili İşlər Nazirliyinə müraciət etdiyi vurğulanıb. Etiraza əsas səbəb kimi ölkədəki şərait və iqtisadi şərtlərin pisləşməsi göstərilib.
Qeyd edək ki, dekabrın 28-də İranın iri şəhərlərində baş verən etiraz aksiyaları zamanı 25 nəfər həlak olmuşdu. İranın bəzi hakim dairələri Mahmud Əhmədinejadı aksiyaları qızışdırmaqda ittiham etmişdi. Hətta onun həbs olunması ilə bağlı məlumatlar da yayılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox