• $
  • £

AŞPA-da Serj Sarkisyanla Səməd Seyidov arasında mübahisə - TƏFƏRRÜATLAR

AŞPA-da Serj Sarkisyanla Səməd Seyidov arasında mübahisə - TƏFƏRRÜATLAR
29.05.2020 07:39
Serj Sarkisyan: "Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil"

Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edib. Bundan sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onu beynəlxalq ictimaiyyəti aldatmaqda və hərbi cinayətlər törətməkdə ittiham edib.

"Turan"-ın xəbərinə görə, Səməd Seyidov deyib:

"Niyə siz öz çıxışınızda Qarabağda hərbi birləşmələrə rəhbərlik etdiyiniz zaman törədilmiş Xocalı soyqırımı haqqında heç nə demədiniz?

Niyə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini yerinə yetirmirsiniz?"

Buna cavab olaraq Sarkisyan Səməd Seyidova sakitləşməyi məsləhət görüb və deyib ki, hərbi lider deyil, Qarabağın hüquqları uğrunda ədalətli mübarizənin iştirakçısı olub.

O, Xocalı faciəsinin ermənilərlə əlaqəsi olmadığını deyib:

"Soyqırım olmayan, həm də Ermənistan tərəfindən törədilməyən bir şeyi "soyqırım" adlandırmaq nəyə lazımdır?"

Daha sonr Sarkisyan Azərbaycanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmaqda ittiham edib.

O, sonda qeyd edib ki, Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil:

"Açıq-aşkar bildirirsiniz ki, sizə Qarabağ ermənilərsiz lazımdır. Bu, mümkün deyil. Bu, heç vaxt olmayacaq".

Azərbaycanın altı nümayəndəsi Ermənistan prezidentinə suallar verməyə çalışıb, amma sədr vaxt çatmadığına istinad edib.

Yanvarın 22-dən Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol