• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Erməni radikallar Qarabağda sülhə imkan vermədi...”

“Erməni radikallar Qarabağda sülhə imkan vermədi...”
28.01.2018 18:04
"Mən hesab etmirəm ki, ABŞ prezidenti Donald Tramp Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında uğura nail ola bilər”.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri, Vaşinqtondakı "Atlantic Counsil” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya mərkəzinin direktoru Con HerbstErmənistanın "1in.am” informasiya resursuna müsahibəsində deyib.

Diplomat xatırladıb ki, vaxtilə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həllinə dair plana razılıq verəndə onu hakimiyyətdən devirdilər.

"Mən 20 il əvvəl Dövlət Departamentində belə məsələlər üzərində işləyəndə Ermənistanın prezidenti çox ciddi dövlət xadimi Ter-Petrosyan idi. Və mən fikirləşirəm ki, o doğrudan da sülh razılaşmasına nail olmaq istəyirdi, lakin İrəvandakı radikal qüvvələr və erməni diasporundakı radikallar ona Azərbaycanla həmin sülh razılaşmasını imzalamağa imkan vermədilər, məcbur etdilər ki, prezident postundan istefa versin. Mən düşünürəm ki, bu çox kədərli faktdır”-Con Herbst bildirib.

Nüfuzlu amerikalı diplomat deyib ki, Qarabağ məsələsinə dair həmin radikal mövqe üzündən ermənilər özlərinə olduqca xoşagəlməz güzəran yaradıblar və gələcəklərini məhdudlaşdırıblar.


Con Herbst ABŞ-ın münaqişənin nizamlanmasındakı rolunu da tənqid edib. "Mən hesab edirəm ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kifayət qədər diqqət ayırmayıblar. Təəcüblü deyil ki, Birləşmiş Ştatlar Rusiyanın bu məsələdə daha geniş rolunu tanıyır. Çünki Rusiya münaqişə edən tərəflərə real təsir imkanları olan yeganə ölkədir”-diplomat deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol