• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezident həmkarlarını təbrik edib

Prezident həmkarlarını təbrik edib
29.01.2018 15:13
Azərbaycan prezidenti İlham Əliyev Miloş Zemanı yenidən Çexiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı həmçinin Sauli Niinistöyə yenidən Finlandiya prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol