Mənzillərin açarları və sənədlər jurnalistlərə sabah təqdim olunacaq
Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarların jurnalistlərə təqdim olunmasının dəqiq tarixi məlum olub.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.
Qeyd olunub ki, yanvar ayının 30-da, saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində mənzil almış jurnalistlərə açar və sənədlərin təqdimat mərasimi keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox