• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Rusiya işğalçı Ermənistana yeni silahlar verib

Rusiya işğalçı Ermənistana yeni silahlar verib
29.01.2018 17:05
Rusiya bizim regionda sabitliyin və təhlükəsizliyin qorunmasında böyük rol oynayır.

Anews.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satışı məsələsini şərh edərkən deyib.  

"Biz öz yerimizdə regionda hərbi balansın qorunması üçün əlimizdən  gələni edirik, Moskvadan lüqotlu qiymətlərlə silah alırıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və ən aparıcı regional oyunçu kimi regional təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır”, - deyə Nalbandyan  2017-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nalbandyan Ermənistanın Rusiya ilə tərəfdaşlıq münasibətləri çərçivəsində müdafiə qüdrətini artırmaq üçün əldə olan bütün imkanlardan istifadə edir.

"2010-cu ildə Rusiya hərbi  bazasının Ermənistanda fəaliyyəti haqqında yeni müqavilə imzalanan vaxt orada xüsusi bir müddəa var idi. Həmin müddəaya görə, Rusiya tərəfi  Ermənistanı yeni silahlarla təchiz etməli idi. Bu hal-hazırda baş verir”, - deyə Nalbandyan bildirib.

Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası 21 avqust 1992-ci ildə imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında müqavilə  və 16 mart 1995-ci ildə Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında müqavilə əsasında yaradılıb. Bazanın fəaliyyəti haqqında yeni müqavilə 25 il müddətinə imzalanıb və sonradan ovaxtkı Rusiya prezidenti D.Medvedevin 2010-cu ildə Ermənistana səfəri zamanı daha 49 il müddətinə (2044-cü ilə kimi) uzadılıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol