• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Putin 200 təyyarə, yüz minlik ordu ilə...Saakaşvili

Putin 200 təyyarə, yüz minlik ordu ilə... – Saakaşvili
31.01.2018 11:12
Gürcüstan müharibəsi zamanı Corc Buş "Kreml hesabatı”na bənzər şəkildə Rusiya rəsmi şəxslərinə qarşı sanksiyalar hazırlamışdı.

Axar.az xəbər verir ki, bunu "Azadlıq” radiosuna müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

"Bu hesabatı da Maliyyə Nazirliyi hazırlamışdı. O zaman bu siyahı sadəcə administrasiyada qalmışdı. İlk növbədə o zaman qlobal iqtisadi böhran var idi və bu, zəif administrasiya idi. Ona görə ki, o artıq səlahiyyətini bitirirdi. Digər tərəfdən Avropa da buna maraq göstərmirdi.

İndi isə artıq Avropa və Amerika arasında konsensus var. İndi həminki kimi neft qiymətləri yoxdur və bir çox faktorlar da göstərir ki, bu, çox doğru qərardır.

Putin bundan sonra çətin ki, dəyişsin. Burada söhbət başqa şeylərdən gedir. Siyahıda olan bütün insanlar rus elitası sayılır. Gələcəkdə Putin onlara zəng edib, Krıma hansısa ictimai tədbirə getməyi dəvət etsə, onlar müxtəlif bəhanələrlə bundan qaçacaqlar. Bu hələlik formal cəzadır. Onları hələ cəzalandırmırlar, amma adları siyahıdadır və istənilən vaxt cəzalana bilərlər. Onlar Putindən uzaqlaşacaqlar və Putin tədbirə tək gedəcək. Rusiya nə Şimali Koreya, nə İraq, nə də Liviyadır. Bu ölkə Qərbdən daha çox asılıdır. Bu adamların hamısının həyat rifahı, hesabları Qərbdədir. Putin indiyə qədər onları hər şeyin Rusiyada da olacağı, Moskvanın öz lobbisinin olduğu və hər şeyi yoluna qoyacağı ilə rahatlaşdırırdı. Putin Avropa ilə ABŞ arasındakı konsensusu dağıtmaq istədi, amma alınmadı. Sanksiyaların necə təsir göstərdiyini Rusiyada olanlar çox asanlıqla dəyərləndirə bilirlər. 2008-ci ildə Rusiya Gürcüstana kütləvi hücum etdi. Bizi 200 təyyarə bombalayırdı, bütün 58-ci ordu, 2000 hərbi texnika, yüzminlik şəxsi heyətlə üstümüzə göndərilmişdi. Xoşbəxtlikdən Ukrayanda belə şeylər olmadı. Bunun qarşısını alan səbəblərdən biri də sanksiyalardır”, – deyə o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol