• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

"ANS Zoologiya İnstitutunun binasını boşaldır"

31.01.2018 16:25
"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik". 

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar".

A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib. 

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol