• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Əcnəbilərə vizalar aeroportda “ASAN Viza” vasitəsilə veriləcək

Əcnəbilərə vizalar aeroportda “ASAN Viza” vasitəsilə veriləcək
31.01.2018 21:39
Azərbaycan prezidenti İlham Əliyev respublikanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
 
Xarici İşlər Nazirliyi isə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirməli, Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görməlidir.
 
Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol