• $
  • £

Sahil Babayev CEO Lunch Baku-da iştirak edəcək

Sahil Babayev CEO Lunch Baku-da iştirak edəcək
29.05.2020 07:25
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 21-də fəxri qonaq qismində Caspian European Club-un təşkil etdiyi on birinci CEO Lunch Baku-da iştirak edəcək. Bu barədə Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, tədbir Caspian European Club-un İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etmək istəyən üzv şirkətlərinin çoxsaylı müraciətləri sayəsində baş tutacaq.

Mustafa Abbasbəyli CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkət rəhbərlərinin özəl sektor ilə Nazirlik arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacağını qeyd edib. O həmçinin CEO Lunch Baku iştirakçılarına onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacağını bildirib. CEO Lunch Baku-da yalnız Caspian European Club-un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/141-ceo-lunch-baku-21-02-2018 linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, CaspianEuropean Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum,CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol