“BP-Azərbaijan”da növbəti ixtisar dalğası?

"BP-Azərbaijan”da ixtisarların aparıldığına dair məlumatlar var.
Qeyd olunur ki, ixtisarlar şirkətin fəaliyyətinin effektivliyinin artırılması və xərclərin azaldılması məqsədi daşıyır.
Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Oxu.Az-a açıqlamasında ixtisarlarla bağlı xəbərləri təsdiqləməyib:
"Artıq bir neçə ildir, şirkətdə planlı ixtisarlar aparılmır. 2017-ci ildə ixtisarlar olmayıb. 2018-ci ildə də gözlənilmir. Təbii hadisələrlə bağlı işçi sayında 1-2 nəfər azalma ola bilər. Lakin ixtisarlar yoxdur”.
Məlum oldu ki, hazırda "BP-Azərbaijan”da 4 min nəfərdən çox işçi var. Onların 86 faizi Azərbaycanlılardır:
"Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. Şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər.
İşçilərin milliləşdirilməsi planına BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 