• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

23-cü Qış Olimpiya Oyunlarının açılışı keçirilir

23-cü Qış Olimpiya Oyunlarının açılışı keçirilir
09.02.2018 16:14
Koreya Respublikasının Pxençan şəhərində Olimpiya Stadionunda 23-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Trend-in məlumatına görə, mərasimdə bayraqdar funksiyasını Azərbaycanın olimpiadada yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov və digər şəxslər daxildir.

Təmsilçimiz P.Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, 92 ölkənin qatıldığı Qış Olimpiya Oyunlarında 2902 idmançı 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda yarışacaq.

XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 25-də keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol