• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Quba məzarlığında rəmzi abidə ucaldılacaq

Quba məzarlığında rəmzi abidə ucaldılacaq
12.02.2018 18:19
Quba Soyqırımı Memorial Kompleksində 1918-ci ilin qanlı hadisələrini əks etdirən memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparır. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır.

AMEA-nın vitse-prezidenti əlavə edib ki, Azərbaycanlıların soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və memorial lövhənin vurulması mərasimi rəsmi şəkildə həyata keçiriləcək.

İ.Həbibbəyli qeyd edib ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Makronun sarayından 40 min avro dəyərində süfrə ləvazimatları oğurlanıb
Cəmiyyət 23:37
Makronun sarayından 40 min avro dəyərində süfrə ləvazimatları oğurlanıb
Xırdalanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib - Video
Cəmiyyət 23:11
Xırdalanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib - Video
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 21:59
Sabah bu ərazidə qaz olmayacaq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:49
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycana qış fəsli daxil olub
Cəmiyyət 19:55
Azərbaycana qış fəsli daxil olub
Bakıda 21 istiqamətdə tıxac var - Siyahı
Cəmiyyət 18:30
Bakıda 21 istiqamətdə tıxac var - Siyahı
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Cəmiyyət 17:08
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Sabahdan Amnistiya aktının icrası başlanılır
Cəmiyyət 16:00
Sabahdan Amnistiya aktının icrası başlanılır
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cəmiyyət 15:37
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol