Partiyası prezidenti istefaya məcbur edir
Cənubi Afrika Respublikasının (CAR) iqtidar partiyası Afrika Milli Konqresi Prezident Ceykob Zumaya istefaya getməsi üçün 48 saat vaxt verib, əks halda o, vəzifəsindən uzaqlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə SABC telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, bazar ertəsi Afrika Milli Konqresinin İcraiyyə Komitəsi prezidentin taleyi barədə qərar vermək üçün iclas keçirib.
Afrika Milli Konqresinin lideri Siril Ramafosa partiyanın qərarını prezidentə çatdırmaq üçün onun iqamətgahına gedib.
Qeyd edək ki, Zumanın prezidentlik dönəmi 2019-cu ildə bitir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox