• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Albaniya prezidenti Bakıya gələcək

Albaniya prezidenti Bakıya gələcək
15.02.2018 17:16
Albaniya Respublikasının Prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, bBu məqsədlə Albaniya prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub.

İlir Metanın Forumda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunmuş panel müzakirələrdə iştirakı gözlənilir. Tədbir çərçivəsində həmçinin, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq. 

Ötən ilin aprelindən ölkəsinə rəhbərlik edən İlir Meta daha əvvəl Albaniyanın Baş naziri, Xarici işlər naziri və Parlamentin sədri vəzifələrində çalışıb. 

Forumun işində İlir Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pexhep Meidani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol