• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Sərkisyanın son cəhdləri – Döyüşçülərə məktub

Sərkisyanın son cəhdləri – Döyüşçülərə məktub
15.02.2018 14:00
Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağ döyüşçülərinin 7-ci qurultayına məktub ünvanlayıb və bununla da heç bir yeniliklə, fərqli mesajlarla yadda qalmayan fikirləri ilə bir növ özünü bu döyüşçülərdən ayrı hiss etmədiyini diqqətə çatdırıb.

Ancaq xarici təhlükəsizlik, Azərbaycanda prezident seçkilərinin müzakirə olunduğu bir vaxtda Serjikin qurultaya bu məzmunda namə ünvanlaması qeyri-adi təsir bağışlayıb və gözlənilən təhlükələrin reallığı haqqında konkret təsəvvürlər formalaşdırıb. Çünki Sərqisyanın bu namə ilə əsas məramı yalnız Qarabağdakı tərəfdaşlarının "inventarlaşdırılmasından”, hakimiyyət problemlərində ona yardımçı olacaq adamları, yaxud "vasitələri” barmaqla göstərməsindən ibarət olub.

Bu gün Ermənistanda hamı çox yaxşı başa düşür ki, Serjik həlledici mərhələdə mübarizəyə kifayət qədər məhdud resurslarla qatılıb. O, kapitalın əhatəsində, yaxud mühasirəsindədir. Ona görə də proseslərə daha böyük maddi vəsaitə malik oyuncuları çəlb etməklə, əslində, vəziyyəti bir növ rəngarəngləşdirmək, nisbətən yüngülləşdirmək və gərginliyi azaltmaq, bununla da, mümkün sayılan, yaxud ehtimal olunan pul sövdələşmələri risqini minimuma endirmək niyyəti güdüb.

Hazırda Ermənistanda faktiki olaraq üç böyük mərkəz var: erməni-rus kapitalı, buraya Rusiya dövlət korporasiyası daxildir; erməni oliqarxları; nəhayət, proseslərə yeni cəlb edilən Armen Sərkisyan və onun maddi bazası. Bu vəsaiti şərti şəkildə Qərb kapitalı da adlandırmaq olar.

Serj Sərkisyanın sərgilənən bu kimi böyük maliyyə resursları qarşısında heç bir üstünlüyü yoxdur. Ona maddi blokadanı yarmaq üçün alternativ resurslar lazımdır. Döyüşçülərin 7-ci qurultayına göndərilən məktub da əslində bu məqsədlə qələmə alınıb və kapital cəbhəsinə qarşı altenativ olaraq Qarabağdakı hərbi-siyasi resusları meydana daşımaq məqsədi güdüb. Bununla, Sərksyan maliyyə kapitalı düşərgəsində yalqız olmadığına eyham vurub, siyasi balansı öz xeyrinə yönləndirməyə cəhd göstərib və nəhayət, cəmiyyətdə onun haqqında formalaşan "axsaq ördək” obrazını psixoloji hücumlarla dəyişmək niyyəti güdüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol