• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İlham Əliyev Berat Albayrakla görüşüb

İlham Əliyev Berat Albayrakla görüşüb
15.02.2018 12:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olundu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırladı və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğuladı. Dövlətimizin başçısı tezliklə "Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirdi.

Nazir Berat Albayrak "Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd etdi. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını dedi.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol