• $
  • £

Əli Əhmədov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb

Əli Əhmədov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb
29.05.2020 03:14
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Macarıstanın Baş naziri V.Orbana çatdırıb və dövlətimizin başçısının adından onu Azərbaycana səfərə dəvət edib.

Baş nazir V.Orban, öz növbəsində, Prezident İlham Əliyevi özünə yaxın dost hesab etdiyini və Azərbaycan dövlətinin başçısının Macarıstana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fidesz Partiyası arasında qarşılıqlı əlaqələrin və sıx əməkdaşlıq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın dostluq münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək.

Ə.Əhmədov aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Macarıstanın Baş nazirinə məlumat verib.

Baş nazir V.Orban aprelin 8-də Macarıstanda parlament seçkilərinin, aprelin 11-də isə Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini bildirib. Macarıstanın Baş naziri bu seçkilərdən sonra da ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol