• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Biz yox, Avropa bizdən imtina etdi - Sərkisyan

Biz yox, Avropa bizdən imtina etdi - Sərkisyan
19.02.2018 15:44
Ermənistan Prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik Konfransında niyə İrəvanın 2013-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Sərkisyan 2013-cü ildə guya Rusiyanın onlara təzyiq etmədiyini bildirib:

"Biz AB ilə danışıqlara başlayanda rusiyalı tərəfdaşlarımız, müttəfiqlərimiz bu barədə məlumatlı idi. Bizim avropalı tərəfdaşlarımız da Avrasiya İttifaqı ilə danışıqlar apardığımızdan xəbərdar idilər. Assosiativ üzvlük haqqında razılaşmadan biz yox, AB imtina etmişdi. Biz hətta müqavilənin siyasi hissəsini imzalamağı təklif etmişdik, amma Avropa buna yox dedi. Eyni müqavilə bir neçə həftə sonra Ukrayna ilə imzalandı. Bizim üçün bu qəribə idi.

Biz heç kimlə məxfi danışıqlar aparmamışıq və heç kimin təzyiqi ilə qərar qəbul etməmişik. Bizim tarixi təcrübəmiz göstərir ki, qarşıdurmadan müvəqqəti fayda götürmək cəhdi böyük faciələrə yol açır. Biz belə faciədən keçmişik və bunun təkrar olunmasını istəmirik”.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Ermənistan gözlənilmədən Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etdiyini açıqlayıb və Avrasiya İttifaqına inteqrasiyaya üstünlük verdiyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol