• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

ATƏT-in Dəstək Qrupunun Bakı Konfransı keçiriləcək

ATƏT-in Dəstək Qrupunun Bakı Konfransı keçiriləcək
22.02.2018 15:10
Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası işə başlayıb.

Anews.az xəbər verir ki, ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva təmsil edirlər.

Sessiyanın rəsmi açılışı Hofburq sarayının konqres mərkəzində daimi komitənin iclası ilə baş tutub. Açılış iclasında ATƏT PA-nın prezidenti Georgi Sereteli hesabatla çıxış edib.

ATƏT PA-nın vitse-prezidenti A. Quliyev çıxışında vəzifəsinin icrasına başladığı qısa müddət ərzində Assambleya prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə ölkələrin ərazi bütövlüyünün qorunması, münaqişələrin nizamlanması, radikallaşmaya qarşı mübarizə istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu söyləyib.

O, tədbir iştirakçılarının diqqətini gələn ay keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransına yönəldib. Bu tədbirə 20-dən çox ölkənin nümayəndələrinin qatılacağını vurğulayan A.Quliyev beynəlxalq təşkilatın rəhbər strukturlarının təmsilçilərini həmin konfransda görməkdən məmnun olacağını qeyd edib.

İkigünlük sessiyada ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclasları keçiriləcək.

Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində fevralın 23-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçiriləcək. Burada qurumun əsasnaməsinə əlavə və dəyişikliklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransına dair məsələlər müzakirə olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol