Prezident maaşı 58% artırdı
Venesuela Prezidenti Nikolas Maduro Venesuelada minimal əmək haqqını 58% artırıb.
Axar.az xəbər verir ki, bu informasiyanı Maduro öz Feysbuk səhifəsində paylaşıb. Bununla da ölkədə minimal əmək haqqı 392,5 min bolivara (6 dollar) çatıb.
Qeyd edək ki, Venesuelada inflyasiya keçən il 4000%-i keçib. Ölkədə miqrasiya halları kəskin şəkildə artıb.
Maduronun bu addımının əhalinin yaşayış səviyyəsinə ciddi təsir etməyəcəyi bildirilir. Belə ki, statiskaya əsasən ölkədə əsas qida məhsullarının əldə olunması üçün əhali aylıq 915 min bolivar xərcləməli olur.
Oxşar xəbərlər
Oxşar xəbərlər