• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Aslan Aslanov və müavinlərinin vəzifələri ləğv edildi

Aslan Aslanov və müavinlərinin vəzifələri ləğv edildi
05.03.2018 14:54
"Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) hüquqi şəxsə çevrilməsi ilə əlaqədar yaradılan İdarə Heyətinin sədri, müavini və üzvlərinin maaşı müəyyənləşib.

APA-nın məlumatına əsasən, "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir.

İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ni təsdiq edib. Qərara əsasən, AZƏRTAC İdarə Heyətinin sədrinin aylıq vəzifə maaşı 1665 manat, İdarə Heyəti sədrinin müavininin aylıq vəzifə maaşı 1065 manat, İdarə Heyətinin üzvlərinin aylıq vəzifə maaşı 900 manat olacaq. AZƏRTAC-ın publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar baş direktor, baş direktorun birinci müavini və baş direktorun müavini vəzifələri ləğv edilib.

Qeyd edək ki, indiyə qədər AZƏRTAC-ın işçilərinin maaşı Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarı ilə tənzimlənib. Bu qərar ləğv edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nə əsasən də AZƏRTAC-da digər vəzifələr və vəzifələrə uyğun işçilərin maaşlarında dəyişiklik olmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol