• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Üç ölkənin baş nazir müavini Bakıya gələcək

Üç ölkənin baş nazir müavini Bakıya gələcək
06.03.2018 16:45
Fələstin, Rumıniya, Bosniya və Herseqovinanın hökumət başçısının müavinləri Azərbaycana gələcək.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.

Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri,Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolukimi mövzuların müzakirə olunacağı tədbirdə hər üç ölkənin hökumət nümayəndəsinin çıxışı planlaşdırılır. Fələstin Baş nazirinin müavini Ziad Abu Amr Orta Şərqdə regional təhlükəsizlik, regional sülh, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic kapitalizmdə iqtisadi inkişafın ətraf mühitə təsiri, Rumıniya Baş nazirinin müavini Ana Birchall isə meydana çıxan yeni güclərə dair panel müzakirələrdə çıxış edəcək.

Forumun işində Albaniya Respublikasının Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Respublikasının Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol