• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

"Sovetski"də genişmiqyaslı söküntüyə başlanılır

07.03.2018 11:21
Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski” adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq.

Anews.az  xəbər verir ki, bu barədə Day.Az-a Yasamal RİH-dəki mənbə bildirib.

Xatırladaq ki, əvvəllər bildirilirdi ki, "Sovetski” ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə "Təzə Pir” məscidindən yuxarı – Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.

Dövlət başçısının göstərişinin icrası məqsədilə Yasamal RİH müəyyən edib ki, Nabatxanım Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Şingiz Mustafayev və Mirzağa Əliyev küçələri arasında isə 880, yəni ümumilikdə 2010 ev və qeyri-yaşayış obyekti var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planına uyğun olaraq, 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol