• $
  • £

Qlobal savaş 00:30-da RƏSMƏN BAŞLAYIR

Qlobal savaş 00:30-da RƏSMƏN BAŞLAYIR
29.05.2020 06:15
ABŞ prezidenti Donald Trampın polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə tutan qərarı Bakı vaxtı ilə gecə saat 00:30-da imzalanacaq.

Publika.az xəbər verir ki, Ağ Ev bu münasibətlə imza mərasimini təşkil etməyi planlaşdırır.

Qərara əsasən, polada 25 faiz, alimimiuma 10 faiz rüsum tətbiq ediləcək. Bu qərarın ABŞ-a polad və alimimium ixrac edən ölkələrə, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq.

ABŞ prezidenti daha əvvəl verdiyi açıqlamasında yeni qərarı ölkəsinin ticarət tərəfdaşlarının "haqsız qazanc” əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

Artıq ABŞ-a polad və aliminium ixrac edən ölkələrin əksəriyyəti cavab tədbirləri görəcəklərini bildiriblər. Avropa Komissiyasının prezidenti Jan klod Yunker ABŞ-a qarşı cavab tədbirləri hazırladıqlarını açıqlayıb. Çin Birləşmiş Ştatları dünya iqtisadiyyatına və qlobal ticarətə zərbə vuran qərarlardan çəkinməyə çağırıb. Rəsmi Pekin bildirir ki, digər ölkələr də ABŞ-ın addımını təkrarlasa, dünya ticarətinə ciddi zərbə dəyəcək. Kanada xarici işlər naziri Xrist Friland da ölkəsinin cavab tədbirləri görəcəyini bildirib.

Analitiklərə görə, Trampın qərarı əsasən ABŞ-la Çin arasında ticarət müharibəsinə gətirib çıxaracaq. Çünki Çin ABŞ-a ən çox polad ixrac edən ölkədir və təbii ki, Trampın qərarından ciddi ziyan çəkəcək. Digər tərəfdən Trampın qərarına görə, ABŞ iqtisadiyyatına da ciddi zərər dəyəcək, bu qərarın xeyrindən çox ziyanı olacaq.


Donald Trampın qərarını şərh edən Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək "qlobal ticarət savaşı”nın başlanacağını bildirib. Onun sözlərinə görə, okeanın o tayına polad ixrac edən ölkələrdən olan Türkiyə ABŞ-ın bu qərarına pambıq idxalına qoyulan rüsumları artırmaqla cavab verəcək.
Tramp bildirib ki, Avropa İttifaqı ABŞ-dan gələn məhsullara əlavə rüsum tətbiq etməyə başlayarsa, Vaşinqton Avropa istehsalı olan avtomobillərə 25 faiz əlavə rüsum tətbiq edəcək.
"Görərsiniz, onlar daha davam edə bilməzlər”, - o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol