Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"

Rusiyanın prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynadan İstanbula gedərkən qaçırılan və Soçi Qış Olimpiyasının açılış mərasimini hədəf alan sərnişin təyyarəsinin vurulması təlimatını verdiyi açıqladı.
GoldNews.Az xəbər verir ki, Putin öz adını daşıyan yeni filmdə 2014-cü ildə içərisində bomba olan və Soçi Qış Olimpiya oyunlarını hədəf alan təyyarənin vurulması əmrini verdiyini etiraf edib.
İki saatlıq filmdə olimpiyadanın açılışından qısa müddət öncə ona Ukraynadan Türkiyəyə gedən bir sərnişin təyyarəsinin qaçırıldığını və hava quldurlarının Soçiyə enmək istədiklərinin söyləndiyini ifadə edən Putin daha sonra bu məlumatın yanlış olduğunu bildirib. Putin təyyarənin vurulmadığını sözlərinə əlavə edib: "Ukraynadan İstanbula gedən təyyarəyə müdaxilə edildiyi və quldurların Soçiyə enmək istədiləri söyləndi. Təcili vəziyyət proseduruna uyğun olaraq hərəkət etməli olduqlarını bildirdim".
Rus lider bir neçə dəqiqə sonra gələn məlumatın yanlış olduğunu öyrənib və təyyarənin vurulmadığını, özünün də qısa müddət sonra olimpiyadanın açılış mərasiminə qatıldığını dilə gətirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər