• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Bakıda ət ucuzlaşıb? - Qiymətlər

Bakıda ət ucuzlaşıb? - Qiymətlər
28.05.2020 18:44
Bakıda mal və qoyun ətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvələ qədər 11 – 11 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 9-10 manata, 13 manata təklif edilən qoyun ətinin qiyməti isə 12 manata enib.

Xüsusilə bayram ərəfəsində qiymətlərdə azalmanın olması inandırıcı görünmür. Çünki Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır. 

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, mal  və qoyun ətinin qiymətlərində dəyişiklik olmayıb.

Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:

İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00

İribuynuzlu heyvan əti  (yaşlı, sümüksüz) 8.50-9.00

İribuynuzlu heyvan əti (cavan,sümüklü)  10.00 - 11.00

İribuynuzlu heyvan əti   (cavan, sümüksüz)  14.00-15.00

Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00

Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol