• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İranla Azərbaycan birgə avtomobil istehsal edəcək

İranla Azərbaycan birgə avtomobil istehsal edəcək
13.03.2018 22:19
2017-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 16% artıb.

Anews.az xəbər verir ki, bunu Tehranda Azərbaycan-İran Dövlət Komissiyasının iclasında iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev bildirib. 

O deyib ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb:

"İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İ

İran prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində isə işlər davam edir.

Energetika sahəsində "Xudafərin/Qız Qalası” və "Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Neft-qaz sahəsində də uğurla əməkdaşlıq edirik.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 km, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib.

Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir.

2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan 19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol