• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Mehriban Əliyeva beynəlxalq mükafata layiq görülüb

Mehriban Əliyeva beynəlxalq mükafata layiq görülüb
15.03.2018 12:25
Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. 

Anews.az APA-ya istinadən xəbər verir ki, M.Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif olunub. 

Təqdimat bu gün "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.

Mərasimdə çıxış edən M.Əliyeva deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanı, sülhü beynəlxalq səviyyədə təbliğ edir: 

"Əsrlər boyu Azərbaycan müxtəlif xalqların, dinlərin bir arada yaşadığı ölkə olub. Bu gün biz müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. O, həyatını öz xalqının inkişafına həsr edib.

Mən bu mükafatı həm də Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi qəbul edirəm. Heydər Əliyev Fondu 14 ildir elm, təhsil və sosial sahələrdə layihələr həyata keçirib”. 
 
M.Əliyeva Nizami Beynəlxalq Mərkəzinin həmsədrlərinə uğurlu fəaliyyətlə əlaqədar təşəkkür edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Cəmiyyət 17:08
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Sabahdan Amnistiya aktının icrası başlanılır
Cəmiyyət 16:00
Sabahdan Amnistiya aktının icrası başlanılır
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cəmiyyət 15:37
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Cəmiyyət 15:30
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:26
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:52
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:10
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:33
Sabahın hava proqnozu
Tərtərdə 1 nəfər kanalda batıb
Cəmiyyət 10:52
Tərtərdə 1 nəfər kanalda batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol