• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Mehriban Əliyeva Anarı təbrik etdi

Mehriban Əliyeva Anarı təbrik etdi
15.03.2018 14:07
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli Anar müəllim.

Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.

Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır.

Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.

Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur.

Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.

Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir.

Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Cəmiyyət 17:08
Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb
Sabahdan Amnistiya aktının icrası başlanılır
Cəmiyyət 16:00
Sabahdan Amnistiya aktının icrası başlanılır
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cəmiyyət 15:37
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Cəmiyyət 15:30
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:26
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:52
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:10
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:33
Sabahın hava proqnozu
Tərtərdə 1 nəfər kanalda batıb
Cəmiyyət 10:52
Tərtərdə 1 nəfər kanalda batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol