• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Əsəd döyüş zonasında maşın sürdü – VİDEO

Əsəd döyüş zonasında maşın sürdü – VİDEO
20.03.2018 11:00
Suriya prezidenti Bəşər Əsəd SANA agentliyinin jurnalistləri ilə birgə avtomobillə qaynar nöqtələrdən sayılan Şərqi Quta rayonuna yollanıb.

anews.az xəbər verir ki, bu barədə "Euronews” məlumat yayıb.

Adı çəkilən rayonun böyük hissəsi artıq Əsədə sadiq qüvvələrin nəzarətinə keçib.

Son bir həftə ərzində Suriya ordusu Cisrin, Hamuriyə, Kəfr Bətnə və Səkbə qəsəbələrini geri qaytarıb.

Suriya lideri Bəşər Əsəd 2013-cü ildən bəri ilk dəfədir ki, bu ərazilərə baş çəkir.

Hazırda üsyançı qüvvələrlə Suriya ordusu arasında  Duma şəhərinin girişində amansız döyüşlər gedir.

Əsəd hərbiçilərlə görüşərək, göstərdikləri xidmətə görə onlara təşəkkür edib.

Suriya prezidenti Şərqi Qutanı "oksigen axını” ilə müqayisə edərək, düşmənlərin onu "kəsməklə” Dəməşqi "boğmağa” çalışdıqlarını bildirib.

Humanitar dəhlizin açılması ilə on minlərlə dinc sakin uzun müddət mühasirədə olmuş anklavı tərk edir.

"Suriya İnsan Haqları Müşahidə” qrupunun məlumatına görə təkcə bazar ertəsi, hökumət qüvvələrinə aid qırıcılardan endirilən raket zərbələri nəticəsində azı 20 nəfər həlak olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol