Qəzzafinin oğlu: Sarkozi əleyhinə şahidliyə hazıram
Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Fransanın eks-prezidenti Nikola Sarkozinin seçki kampaniyasını qeyri-leqal fondlarla Liviyanın dəstəklədiyinə dair sübutlar təqdim etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Middle East Monitor" saytı yayıb. Sayt Seyf əl-İslamın Sarkozinin seçki qərargahının keçmiş rəhbəri Klod Jeana Tripolidən pulların necə tədarük edilməsinin şahidi olduğunu bildirib.
Qeyd edək ki, Sarkoziyə qarşı seçki kampaniyasının qeyri-leqal yolla maliyyələşdirilməsi ilə bağlı ittiham elan edilib. Qəzzafinin ona 50 milyon avro yardım etdiyi iddia olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər