• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Azərbaycanlı Reyhan Camalovanın adı "Forbes"in siyahısına düşdü

Azərbaycanlı Reyhan Camalovanın adı
28.03.2018 00:08
Azərbaycanlı şagirdin adı ilk dəfə "Forbes” jurnalının "30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib. 


APA xəbər verir ki, dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıcısı 15 yaşlı Reyhan Camalova da var. 


ABŞ prezidenti Donald Trampın qızı və onun Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın da iştirak etdiyi sammitdə çıxışında Azərbaycandan olan 15 yaşlı şagirdin nailiyyətini təqdirəlayiq hesab edib.


Qeyd edək ki, Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan Amnistiya aktının icrası başlanılır
Cəmiyyət 16:00
Sabahdan Amnistiya aktının icrası başlanılır
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cəmiyyət 15:37
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Cəmiyyət 15:30
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:26
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:52
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:10
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:33
Sabahın hava proqnozu
Tərtərdə 1 nəfər kanalda batıb
Cəmiyyət 10:52
Tərtərdə 1 nəfər kanalda batıb
Maştağada obyektdə yanğın olub - Video
Cəmiyyət 09:42
Maştağada obyektdə yanğın olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol