• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Azərbaycan ordusu ən güclülər sırasındadır”

“Azərbaycan ordusu ən güclülər sırasındadır”
28.03.2018 09:25
"Son illər ərzində Azəbaycan Silahlı Qüvvələri zaman baxımından başqa dövlətlərin bacarmadığını edərək böyük inkişaf yolu keçib. Bunun nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclüləri, sayılanları sırasındadır”,  bu barədə Milli.Az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov bildirib.
 
Onun sözlərinə görə, bu ordu müharibə şəraitində formalaşıb: "Baxmayaraq ki, müstəqilliyin ilk illərində ordunun maddi-texniki bazası, təchizatı yox səviyyəsində idi, əldə olan hərbi texnikanın da böyük bir hissəsi Birinci Qarabağ Müharibəsi dövründə sıradan çıxmışdı. Bundan əlavə, kadr, zabit çatışmazlığı vardı, olanlardan da xeylisi savaşda şəhid olmuşdu. Yəni Azərbaycan öz Silahlı Qüvvələrini demək olar ki, müharibə dövrünə formalaşdırmağa başladı. Lakin onun tam təşəkkül tapması və vahid komandanlıq altına keçməsi Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra baş verdi. Ona qədər isə könüllülər adı altında yalnız cürbəcür özünümüdafiə batalyonları, silahlanmış bölmələr var idi. Məhz bundan sonra Füzulidə Horadiz istiqamətində hərbi əməliyyat həyata keçirildi və 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Daha sonra ordumuz qanunlara, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq formalaşdı.
1994-cü ildə atəşkəs barədə ümumi razılıq əldə olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf etdi və hazırda beynəlxalq təşkilatların hesablamalarına görə, 130 dövlət arasında 56-cı yeri tutur. Bu gün əgər Azərbaycan Ordusu həmin statistik məlumatlara görə Ermənistan ordusunu 30 pilllədən çox qabaqlaya bilirsə və Cənubi Qafqazda ən güclü hesab edilirsə, bunun özü artıq böyük göstəricidir.

Azərbaycanda Silahlı Qüvvələrə demək olar ki, ümumilikdə Ermənistanın dövlət büdcəsi qədər büdcə vəsaiti ayrılır. Bunun nəticəsidir ki, ordumuz ən müasir silah-texnikaya malikdir və ən müasir tələblərə cavab verir. İstər zirehli texnika, istər artilleriya və raket qurğuları, istər hərbi hava, istər hava hücümundan müdafiə, istərsə də hərbi dəniz qüvvələri, eləcə də rabitə, kəşfiyyat, loqistika, tibbi və s. təminatı yüksək səviyyədədir. Əgər hərbi təlimlərin foto və videolarını izləsək, bu dəyişikliyin ilbəil necə baş verdiyini görə bilərik. Ancaq Silahlı Qüvvələrimizin bel sütununu təbii ki, onun şəxsi heyəti tutur. O heyət ki, öz mərdliyi, cəsurluğu, qəhrəmanlığı, Vətəni uğrunda hər an şəhid olmağa hazırlığı ilə seçilir və bunu əməldə göstərir".
Hərbi ekspertin fikrincə, Azərbaycan Ordusu peşəkarlığı və döyüş hazırlığı baxımından düşməndən daha üstündür və istənilən an işğal altındakı torpaqlarımızı azad edə bilmək iqtidarındadır: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti və hərbi mütəxəssisləri başqa ölkələrdə birgə keçirilən, eləcə də NATO-nun təlimlərində, tədbirlərində iştirak edir, hansı səviyyəyə malik olmalarını uğurla göstərə bilirlər. Qeyd edim ki, ordu nə qədər də ən müasir silah və texnika ilə təchiz olunsa da, onun şəxsi heyətinin peşəkarlığından, psixoloji durumundan, vətənpərliyindən çox şey asılıdır. Bunun nəticəsidir ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 2016-cı ilin aprelində canı-qanı bahasına da olsa, son 23 ildə ilk dəfə olaraq torpaqlarımızın bir hissəsini işğalçı Ermənistan ordusunun tapdağından azad etdi. Hərbçilərimiz qəhrəmanlıq göstərərək keçilməz hesab edilən "Ohanyan xətti"ni aşa və strateji yüksəklikləri geri qaytara bildilər. Aprel döyüşləri zamanı düşmənə elə bir zərbə vurulub ki, indiyədək də ermənilər qorxu, səksəkə içindədirlər.
  
Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, onun səviyyəsinin, döyüş hazırlığının artması bu gün bütün xalqımızın qürur mənbəyidir. Azərbaycan ordusunun güclənməsi, keçirilən təlimlər Vətənin müdafiəsinə, işğal altında torpaqlarımızın azad edilməsinə yönəlib. Əfər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Ermənistan işğalçı ordusunu geri çəkməsə, Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini bacarığını düşmənə göstərəcək. Bu isə işğalçıların darmadağın olunması, onminlərlə itki verməsi ilə nəticələnəcək. Əgər Azərbaycana mane olmasalar və Ermənistanla təkbətək buraxsalar, əminəm ki, ordumuz qısa zaman ərzində işğalçıları darmadağın edərək torpaqlarımızı geri qaytaracaq"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol