Tarixi görüşün vaxtı məlum oldu
Koreya Respublikasının prezidenti Mun Ce-inlə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş aprelin 27-də keçiriləcək.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, tarixi görüş ölkələr arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutacaq.
Xatırladaq ki, bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra iki ölkənin liderləri arasında sayca üçüncü görüş olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər