Zakir Həsənov Ərdoğanla görüşdü
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Hələlik görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
www.anews.az