• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ermənistan 7 gün başsız qalacaq

Ermənistan 7 gün başsız qalacaq
29.03.2018 18:45
Ermənistan hökuməti bu gün keçirilən iclasında ölkə prezidenti Serj Sarkisyana ev hədiyyə edilməsi barədə qərar qəbul edib.

İstiPress-in məlumatına görə, qapqlı keçirilən iclasda Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Artem Asatryana, hökumət aparatının rəhbəri Vaqe Stepanyana və Milli Təhlükəsizlik İdarəsinin direktoru Georgi Kutoyana qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar 9 aprel 2018-ci ildən qüvvəyə minəcək.

Əlqərəz, Serj Sarkisyan Levon Ter-Pterosyan kimi dövlət hesabına villa alacaq və o, İrəvanın camaat tərəfindən "Mərkəzi Komitə bağları” kimi tanınan prestijli zonasında yerləşəcək. Bununla belə, Serj Sarkisyanın siyasəti tərk etməməsi və baş nazir kimi ölkəyə rəhbərliyi davam etdirmək niyyəti insanlarda, o cümlədən Ermənistan prezidentinin yaxın ətrafında sual yaradır: Əcəba, var-dövləti yerə-göyə sığmayan bir insanın qiyməti hansısa milyon dolların ətrafında olan bir ev nəyinə gərəkdir.

Belə düşünənlərdən biri də indiki baş nazir Karen Karapetyandır. "Joxovurd"un yazdığına görə, Sarkisyanın bu cür qeyri-müəyyən addımları Karapetyanı parlament tribunasından Serj Sarkisyanın və hakim Respublika Partiyasının ünvanına dolayı ittihamlar səsləndirməyə vadar edib. Karapetyan bildirib ki, baş nazirin kim olacağı barədə dəqiq məlumatın verilməməsi biznesin sabitliyinə mane olur.

Bu işdə aprelin 9-dan 17-ə kimi Ermənistanda sürəcək "anarxiya” dövrünün də böyük rolu var. Məsələ bundadır ki, aprelin 9-da Serj Sarkisyanın prezidentliyi başa çatacaq, amma həmin gün işə başlayan yeni prezidentin dövlət başçısı statusu olmayacaq. Dövlət başçısı statusuna sahib baş nazir isə aprelin 17-də seçiləcək. Yəni Ermənistan 7 gün başsız qalacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol