"Opasnı Roma” ləqəbli Rahim Şəkinski xəstəxanalıq olub

Bir müddət əvvəl "Lotu Quli” ləqəbli kiriminal avtoritet Nadir Səlifovu təhqir edən "Opasnı Roma” ləqəbli Rahim Şəkinski xəstəxanalıq olub.
AZXEBER.COM xəbər verir ki, bu haqda məlumat yerli KİV-lərdə yayımlanıb.
Onun hansı səbəbdən vurulduğu dəqiq bilinməsə də, bunun "Lotu Quli”yə görə edildiyi istisna deyil. Hazırda Rahim Şəkinskinin komada olduğu deyilir. Maraqlısı odur ki, "Opasnı Roma" da özünü oğru aləminin nümayəndəsi kimi tanıdıb və rəqiblərinə sosial şəbəkə vasitəsilə atmacalar yollayırmış.
Məsələylə bağlı AZXEBER.COM maraqlı məlumat əldə edib. Məsələ ondan ibarətdir ki, Rəhim Şəkinski bir neçə il öncə Fransadan jurnalist kimi mühacir oturumu alıb. Fransa televiziyası da bu hadisəni "azərbaycanlı jurnalist güllələndi" başlığı ilə yayımlayıb.
Bu haqda məlumatı hazırda Avropada yaşayan jurnalist Orxan Məmməd sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Azərbaycandan Avropaya bu yolla gedən şəxslərin sayı çoxdur. Onlar jurnalist, siyasətçi, diplomat adı ilə saxta sənədlər düzəldir və bu yolla Avropadan sığınacaq alırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 