Qarabağda partlayış: ölənlərin sayı artdı

Ermənistan mina partlaması nəticəsində ölən xarici ölkə vətəndaşlarını gizlətməyə çalışır.
Axar.az xəbər verir ki, Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən "Halo trast” təşkilatının əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnmiş hadisənin yeni təfərrüatları məlum olub.
Belə ki, sosial şəbəkələrdə yayımlanmış məlumatlara əsasən, təşkilata məxsus avtomobildə ekipaj sayına uyğun olaraq 7 nəfərin olduğu üzə çıxıb.
Mina partlaması nəticəsində avtomobildə olan Patrik Tomson və Ralf Leq adlı xarici ölkə vətəndaşlarının ağır bədən xəsarətləri almalarına baxmayaraq, Ermənistan hökuməti bu faktı ört-basdır etməyə çalışır.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın işğal olunmuş ərazilərində "Halo trast” təşkilatının avtomobilinin partlaması nəticəsində Pavel Akopov, Marat Petrosyan və Samson Avanesyan adlı 3 nəfərin öldüyünü, Aram Mkrtçyan və Qarik Qoxiryan adlı 2 nəfərin isə yaralandığını yazmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 