• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Türkiyədən yeni həmlə: “Süleyman Şah” qaytarılır

Türkiyədən yeni həmlə: “Süleyman Şah” qaytarılır
02.04.2018 21:50
İŞİD təhlükəsi səbəbilə köçürülən Süleyman Şah türbəsi əvvəlki yerinə qaytarılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikri İşıq söyləyib.

"Şah Süleyman türbəsi gec-tez yerinə qaytarılacaq”, - o bildirib.

Qeyd edək ki, "Milliyyət” qəzetinin yazarı Tunca Bengin "Süleyman şah həmləsinin zamanı” başlıqlı məqaləsində türbənin daşınması məsələsini gündəmə gətirmişdi:

"Türkiyə Tel-Abyaddan Menbiçə doğru geniş bir dəhliz yaradacaq. Yəni Afrində olduğu kimi, Menbiçə şimaldan daxil olmayacaq. Geniş təhlükəsizlik dəhlizi vasitəsilə həm Fəratın şərqini, həm də Menbiçi nəzarət altına alaraq bir güllə ilə iki dovşan vuracaq. Bu dəhlizin açılmasını da Süleyman şah türbəsinin əvvəlki yerinə qaytarılması ilə əsaslandıracaq. Çünki həmin bölgə Menbiçin şərq hissəsində, Fərat sahillərindədir. Türbəni həmin əraziyə qaytardıqdan sonra Türkiyə Silahlı Qüvvələri geniş bir ərazidə təhlükəsizliyi təmin edəcək. Daha sonra isə həm Menbiç, həm də Fəratın şərqinə doğru dəhlizi genişləndirəcək. Mənə görə, Türkiyə ilk növbədə bunu etməlidir. Əgər bu olmazsa, Türkiyə Afrində olduğu kimi, Menbiçə də sərhəddən daxil olacaq”.

Qeyd edək ki, Süleyman Şah türbəsi bundan əvvəl Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu torpaq ərazisidir.

2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu ərazi terror təşkilatı İŞİD-in nəzarətinə keçib. TSQ-nin 700 nəfərlik heyəti 2015-ci il fevralın 22-də türbədə olan 40 əsgəri ölkəyə geri qaytarmaq üçün Suriyaya daxil olub. Türbədə yerləşən Süleyman Şahın məzarı və digər mənəvi dəyərli əşyalar götürüldükdən sonra türbə və yaxınlıqdakı polis bölməsi partladılıb. 2015-ci ildə Süleyman Şah türbəsi Şanlıurfanın Birəcik mahalının qarşısında, Suriyanın Əsmə kəndində yenidən qurulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubinyan: Ermənistan-Azərbaycan sülh sazişi üçün tarixi imkan var
Dünya 15:03
Rubinyan: Ermənistan-Azərbaycan sülh sazişi üçün tarixi imkan var
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol