• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Putin “Troya əməliyyatı”ndan imtina etdi

Putin “Troya əməliyyatı”ndan imtina etdi
03.04.2018 23:18
 
2014-cü ilin noyabrında Rusiya Dumasının keçmiş üzvü Aleksey Muradov Kremlə Donbasla sərhəddə yerləşən Zaporojsk vilayətində vəziyyətin destabilizasiyası ilə bağlı plan göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Britaniyanın "Tayms” qəzeti yayıb.

Muradovun hazırladığı planda region əhalisinin rusiyayönlü etirazlara cəlb edilməsinin nəzərdə tutulduğu iddia edilib. Bu planın Ukraynanın destabilizasiyası strategiyasının bir hissəsi olduğu vurğulanıb.

"Tayms” Muradovun planının Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovun ələ keçirilmiş elektron yazışmalarının içərisindən çıxarıldığını bəyan edib. Eks-deputatın hazırladığı plan "Troya əməliyyatı” adlandırılıb. Bu plana əsasən, Muradov Donbasdan qərbdə iğtişaşların yayılması üçün 181 min dollar xərcləməyi nəzərdə tutub. Bunun sayəsində isə regionun Kiyevin nəzarətindən çıxarılması planlaşdırılıb:

"Bu planın reallaşdırılması zamanı Rusiyanın regiondakı casus şəbəkəsindən istifadə olunmalı idi. Əməliyyat üçün xərclənəcək vəsaitin 40 min dolları bölgədəki rusiyayönlü etirazlar, 10 min dolları Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərkibində agentura şəbəkəsi qurmağa, 49 min dolları nəqliyyat vasitələri almağa yönəlməli idi. 19 min dolların isə Xarkovdakı kiçik mitinqlərə və polisə rüşvətə xərclənməliydi.

Muradovun planının reallaşdırılmasına Kreml sonradan izn verməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol